Cari ildə rayonda 78 hektarda qarğıdalı, 30 hektar sahədə günəbaxan əkilib
Sənaye müasir iqtisadiyyatın əsasını təşkil edir desək, yəqin ki, yanılmarıq. Çünki elə bir dövrdə yaşayırıq ki, bir çox sahələr üzrə məhsulların hazır vəziyyətə gətirilməsi sənaye istehsalına əsaslanır. Bu sahəyə kənd təsərrüfatı məhsullarını da əlavə edə bilərik. Xüsusilə kənd təsərrüfatı məhsullarının emal sənayesinə cəlb olunması müasir dövrün tələblərindən birinə çevrilib.
“Naxçıvan Muxtar Respublikasının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq muxtar respublikada sahibkarlıq inkişaf etdirilir, yeni müəssisələr yaradılır, tələbatın yerli istehsal hesabına ödənilməsi diqqətdə saxlanılır. 2021-ci ilin dekabrından istifadəyə verilən “Naxplast” Məhdud Məsuliyyətli Cəmiyyəti ötən dövrdə fəaliyyətini genişləndirib.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2012-ci il 19 noyabr tarixli Sərəncamına əsasən hər il iyunun 24-ü Azərbaycanda maşınqayırma sənayesi işçilərinin peşə bayramı kimi qeyd olunur.
Azərbaycanda sənayeləşmə siyasətinin əsası ötən əsrin 70-80-ci illərində ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuşdur. Həmin dövrdə neft maşınqayırma kompleksi, dərin özüllər, məişət kondisionerləri, elektron hesablama maşınları zavodları istifadəyə verilmişdir. Sənaye sahələrinin şaxələnməsi həyata keçirilərək neft maşınqayırması ilə yanaşı, dəzgahqayırma, elektrotexnika və elektronika, cihazqayırma, yol-inşaat maşınları və digər sahələr inkişaf etdirilmişdir.
Muxtar respublikada 2022-ci ilin yanvar-may aylarında 1 milyard 50 milyon 572 min 500 manatlıq ümumi daxili məhsul istehsal olunmuşdur ki, bu da 2021-ci ilin müvafiq dövründəki göstəricidən 1,8 faiz çoxdur.
Hər bir nəfərə düşən ümumi daxili məhsulun həcmi 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 2,2 faiz artaraq 2267,1 manat olmuşdur.
Prezident İlham Əliyev iyunun 22-də "Dövlət qulluqçularının təltif edilməsi haqqında" Sərəncam imzalayıb.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, təltif edilənlər arasında Naxçıvan Muxtar Respublikasında çalışan dövlət qulluqçuları da vardır.
Naxçıvanda əkinçiliyin vacib sahəsi olan dənli bitkilərin, xüsusilə taxıl və qarğıdalının istehsal həcminin intensiv metodlarla artırılmasına mühüm əhəmiyyət verilir. Əkin sahələrində aparılmış müşahidələr göstərir ki, bu il taxıl zəmilərində bol məhsul yetişdirilib. Əvvəlki illərdən fərqli olaraq taxıl biçininə daha tez başlanılıb. Eyni zamanda, məhsulun vaxtında və itkisiz yığılması məqsədilə taxıl biçini kampaniyasına hazırlıq işləri yüksək səviyyədə başa çatdırılıb, sahələrə kifayət qədər texnikalar cəlb olunub.
İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə iyulun 15-dən başlayaraq meyvə-tərəvəz məhsullarının tədarükü, saxlanılması və satışı üzrə soyuducu anbarlara məhsul qəbuluna başlanılacaq. Bu il meyvə və tərəvəz məhsullarının tədarükü 30 soyuducu anbar tərəfindən həyata keçiriləcək.
Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi muxtar respublikada fəaliyyət göstərən kənd təsərrüfatı məhsulları istehsalçılarının nəzərinə çatdırır ki, tələbatdan artıq istehsal etdikləri meyvə və tərəvəz məhsullarını soyuducu anbarlara sata və ya icarə əsasında saxlaya bilərlər. Məhsulların tədarükünə 15 iyul 2022-ci il tarixdən başlanılacaq və dəyəri “Nаxçıvаn Muxtar Respublikasının Dövlət Ehtiyatları Agentliyi” və “Araz-3” MMC tərəfindən nəğd formada ödənilməklə aşağıdakı qiymətlərlə qəbul olunacaqdır:
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri 2022-ci il iyunun 10-da “Naxçıvan Muxtar Respublikasında Birinci Beynəlxalq Tibbi Forumun keçirilməsi haqqında” Sərəncam imzalamış, forumun keçirilməsi ilə bağlı Təşkilat Komitəsi yaradılmışdır.
İyunun 18-də Naxçıvan Dövlət Milli Dram Teatrında Birinci Beynəlxalq Tibbi Forumun açılış tədbiri keçirilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov forumun açılışında iştirak etmişdir.
Bu gün beynəlxalq aləmdə ən çox diqqət edilən məsələlərdən biri xarici əməkdaşlıqda ticarət əlaqələrinin həcminin genişləndirilməsidir. Belə ki, həmin əlaqələr bir ölkənin dünya bazarındakı yerinin müəyyənləşdirilməsindən tutmuş qlobal iqtisadi məkana inteqrasiyasına qədər böyük rol oynayır. Eyni zamanda xarici iqtisadi əməkdaşlıq dostluq əlaqələrinin nəticəsi kimi də diqqət çəkir. Buna görə də müasir dövrdə dünya ölkələri öz əhalisinin ümumi rifah halını yüksəltmək üçün beynəlxalq əmək bölgüsünün üstünlüklərindən maksimum yararlanmağa, bunun üçün xarici iqtisadi əlaqələrin yaradılmasına çalışırlar.